

Qida rasionumuzda xüsusi yer tutan bu meyvə bütün dünyada olduğu kimi ölkəmizdədə çox sevilir. Bu məhsulun insanlarımızın süfrəsində yer almasında pay sahibi olduğumuzla qürür duyuruq. “AGROVEST” meyvə şirkəti meyvələrin yetişməsində ən münasib qiymətə həlli təmin edən banan saraltma kameraları xidməti təqdim edir. Saraltma proseduru etilen qazı vasitəsilə hermetik kameralarda temperaturu, rütubəti və etilen konsentrasiyasını nizamlama yolu ilə banan yetişməsi üçün həyata keçirilir. Təbii hormon kimi təsir göstərən etilen meyvələr üçün heç bir təhlükə yaratmır, eyni zamanda məhsulun qabığının yaşıl rəngini dəyişib sarı rəng almasını, meyvələrin dadının və ətrinin qorunub saxlanmasını təmin edir.
BANAN YETİŞDİRMƏDƏ TƏTBİQ EDİLƏN PROSESLƏR
- Yüksək hava sirkulyasiyası və məhsulun eyni səviyyəli temperaturu
- Həssas temperatur və rütubət nəzarəti
- Hava keçirməz avtomatik seksiyalı qapılar
- Etilen inyeksiya sistemi
- Saraltma prosesi zamanı kompüter nəzarət və qeyd sistemi
- Məhsulun nəm itkisini minimum səviyyədə saxlaya biləcək şəkildə hazırlanmış
- Bir mərtəbəli, iki mərtəbəli və üç mərtəbəli yükləmə sistemləri
100 nəfərdən çox peşəkar işçi heyətinə sahib olan şirkətimiz daim öz işinin öhdəsindən gəlir və böyük hədəflərə doğru irəliləyir. Şirkət Azərbaycanın müxtəlif bölgələrində sifarişçilərə xidmət edən texniki dəstək qrupuna malikdir. “AGROVEST” şirkəti Azərbaycanın qida sektorunda böyük hədəfləri məqsəd seçib. Bu səbəbdən bütün peşəkarların bir araya gəlməsi, habelə məlumatların səmərəli şəkildə paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması təmin edilib. Şirkət öz fəaliyyətində dərin praktik təcrübəli mütəxəssislərə malik olmaqla əməkdaşlarının bilik səviyyəsinin və təcrübəsinin daim artırılmasına yüksək önəm verir. İnanırıq ki, fəaliyyətimizdə uzunmüddətli tərəfdaşlıq münasibətləri, etibarlılıq və göstərilən xidmətlərin keyfiyyətinin rəhbər tutulmasi, yeni perspektiv sahələrin inkişafı və daha mürəkkəb layihələrin həyata keçirilməsi istiqamətində bizə yeni imkanlar yaradacaq.