
Portağal dünyada sitruslar içərisində ən geniş yayılmış növdür. Zəngin kimyəvi tərkibə, ətirli-şirəli meyvələrə malik portağal Yer kürəsinin 90-dan çox ölkəsində becərilir. Portağalın on minə qədər sortu məlumdur. Portağal şirəsi çoxlu həcmdə C vitamininə malik olmasına görə soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsi üçün ilin soyuq vaxtlarında sadəcə əvəzolunmazdır. O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır, uşaqlarda anadangəlmə qüsurların yaranması riskini azaldır, bir çox xərçəng formalarından müdafiə edir. Həkimlər ateroskleroz və hipertoniya zamanı, həmçinin qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görür. Damarları möhkəmləndirir, immuniteti artırır, beyinin işini fəallaşdırır, hüceyrələrin mübadiləsini stimullaşdırır, piyləri əridir.